Вернуться назад Распечатать

Mark Rutte Kiyevdə Zelenski ilə görüşdü

NATO-nun baş katibi Mark Rutte Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

1xeber.media  xəbər verir ki, bu barədə Ukrayna lideri “X” hesabında paylaşım edib.

Zelenski Rutte ilə birlikdə müharibədə həlak olmuş Ukrayna vətəndaşlarının xatirəsinə ucaldılmış memorialı ziyarət etdiklərini bildirib.

NATO-nun baş katibi həmçinin Ukrayna Ali Radasında çıxış edib.

Qeyd edək ki, Mark Rutte daha əvvəl dəfələrlə Kiyevdə səfərdə olub. O, sonuncu dəfə ötən ilin avqust ayında Ukrayna paytaxtına səfər etmişdi.