Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə raket zərbəsi nəticəsində infrastruktur obyektinə ciddi ziyan dəyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
"İnfrastruktur obyektinə ciddi ziyan dəyib. Bütün təcili yardım xidmətləri yerində işləyir. Nəticələr barədə məlumat dəqiqləşdirilir", - deyə o yazıb.