Вернуться назад Распечатать

Qəzzafinin oğlu Liviyada öldürüldü

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Zintan şəhərində öldürülüb.

1xeber.media xəbər verir ki, bu barədə “Liviya əl-Əhrar” televiziya kanalının məlumatında deyilir.

Əl-İslama yaxın mənbələrin məlumatına görə, ona naməlum silahlılar hücum edib. Əlavə informasiya verilməyib.

***

Seyf əl-İslamın vəkili Xalid əl-Zeydi müvəkkilinin qətlə yetirildiyini təsdiqləyib.

Bu barədə Liviyanın "Əl-Mərsəd" xəbər agentliyi məlumat yayıb.

Seyf əl-İslamın ölümü ilə bağlı vəkili başsağlığı verib və onun qətlinin xain sui-qəsdin nəticəsi olduğunu bildirib.

Öz növbəsində, Qəzzafinin oğlunun siyasi komandası bəyanatda qətlin cəzasız qalmayacağına and içib.

"Biz Liviya məhkəmə sisteminin və beynəlxalq ictimaiyyətin məsuliyyəti öz üzərinə götürməsini tələb edirik"