1xeber.media xəbər verir ki, Böyük Britaniyada 1952-2022-ci illərdə hökmranlıq etmiş Kraliça II Yelizavetanın Londonda abidəsinin tikintisinə çəkilən xərclər təxminən 60 milyon dollara çata bilər.“Ölkənin ən qocaman və ən hörmətli monarxının şərəfinə ucaldılan milli memorial olaraq, hökumət layihə üçün ƏDV nəzərə alınmadan 23-46 milyon funt sterlinq (29-58,5 milyon dollar - Red.) məbləğində ilkin tikinti büdcəsi təyin edib”, - nəşr yazır.Departamentin qeyd etdiyi kimi, ilkin büdcə hazırkı mərhələdə tərtib olunur ki, dizaynerlər öz təkliflərini hazırlayarkən ona etibar etsinlər.
Böyük Britaniya kraliçası 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Onun böyük oğlu Şahzadə Çarlz III Çarlz adını alaraq yeni kral oldu. Sentyabrın 16-da yeni kral və ailə üzvləri Londondakı Vestminster sarayında II Yelizavetanın cənazəsi ilə birlikdə tabutun yanında ənənəvi dəfn mərasimi keçirdilər.