Son on gün ərzində Hindistan alıcıları üçün Rusiya neftinə endirimlər sürətlənib və hazırda çatdırılma və digər xərclər nəzərə alınmaqla, əsas ixrac markası olan Urals nefti Brent neftindən 11 dollar ucuzdur.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg analitik şirkətinin Argus məlumatlarına istinadən məlumat yayıb.
Bu arada, ABŞ sanksiyaları təhlükəsi və iki ölkə arasında daha aşağı tariflərlə ticarət müqaviləsinin bağlanması fonunda bu səviyyənin yerli neft emalı zavodlarının marağını cəlb etmək üçün kifayət edib-etmədiyi hələ də məlum deyil.