Вернуться назад Распечатать

Putin onu vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.

1xeber.media xəbər verir ki, Putin bu haqda Fərman imzalayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İvanov öz istəyi ilə istefa verib.

“Sergey Borisoviç özü bu istəyi ifadə edib və buna görə də Fərman imzalanıb”, - Peskov bildirib.

Qeyd edək ki, Sergey İvanov xüsusi nümayəndə vəzifəsinə 2016-cı ildə təyin edilmişdi. 2011-ci ildən xüsusi nümayəndə təyin olunana qədər  Rusiya prezidentinin administrasiyasına rəhbərlik edib, 2001-2007-ci illərdə isə müdafiə naziri olub.