
Macarıstanın Baş naziri Viktor Orban Ukraynada Transkarpatiyadan olan bir macarın ölümünə səbəb olan məcburi səfərbərliyi tənqid etdi.
1xeber.media xəbər verir ki, Sosial media platforması X-də o, məsul şəxsləri qınadı və Ukrayna rəsmilərini ölkədən qovulmaqla hədələdi.
"Ukraynada müharibəyə göndərilən daha bir macar məcburi səfərbərlik nəticəsində öldü. Bu, qəbuledilməzdir. (...) Məcburi səfərbərliyə görə məsul olan bütün Ukrayna rəsmiləri dərhal Macarıstandan qovulacaq", - deyə Orban bildirib.
O, əlavə edib ki, Macarıstan Kiyevin öz xalqından "top yemi" kimi istifadə etməsinə icazə verməyəcək.
Yanvarın sonunda Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynada açıq insan ovunun aparıldığını bildirib.