Вернуться назад Распечатать

Makronun müşavirinin Moskvaya səfəri açıqlanıb

1xeber.media xəbər verir ki, 3 fevralda Fransa lideri Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne Rusiya rəsmiləri ilə görüşmək üçün Moskvaya səfər edib.

Xəbərdə deyilir: "Prezident Makronun diplomatik müşaviri Emmanuel Bonne çərşənbə axşamı Rusiya rəsmiləri ilə görüşmək üçün Moskvaya səfər edib".

Bildirilib ki, Bonne Paris və Moskva arasında dialoq qurmaq məqsədi ilə Rusiyaya səfər edib. Əlavə məlumat verilməyib. Yelisey Sarayı bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Daha əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa ölkələri öz maraqlarını müdafiə etmək üçün Rusiya ilə birbaşa danışa bilməlidirlər.