Məktəb direktorunun müəllimlərdən və şagirdlərdən qanunsuz şəkildə pul yığdığı iddia edilir.
1xeber.media Xezerxeber.az-a istinadən xəbər verir ki, bu iddia ilə 279 saylı tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Aytəkin Allahverənzadə çıxış edir.
Onun iddialarına görə, məktəbin direktoru Südabə Allahverdiyeva hər ay məktəbin ehtiyacları üçün əsassız şəkildə pedoqoji heyətdən və şagirdlərdən pul tələb edir.
Aytəkin Allahverənzadə iddia edir ki, məktəbin bütün xərclərini müəllimlər öz hesabına qarşılayır.