Вернуться назад Распечатать

Vensin Azərbaycana səfəri açılış mərasimindən sonra olacaq

ABŞ-niın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan  və Azərbaycana səfər edəcək.

1xeber.media APA-ya istinadla xəbər verir ki, o, Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. 

Prezident  D.Tramp  vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişini hazırlamaq tapşırığı verib.

Xatırladaq ki, Qış Olimpiya Oyunlarının açılışı sabah İtaliyanın Milan şəhərində keçiriləcək.