Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar konstruktiv keçib.
1xeber.media xəbər verir ki, bunu Ukrayna prezident aparatının rəhbəri (Rosfinmonitorinqin terrorçu və ekstremist siyahısındadır) Kirill Budanov bildirib.
"Danışıqlar həqiqətən konstruktiv keçib. Əla təşkilatçılığı və vasitəçiliyi üçün ABŞ və BƏƏ-yə minnətdaram", - deyə o bildirib.
Prezident aparatının rəhbəri danışıqların əlavə təfərrüatlarını açıqlamayıb. Budanovun özü də görüşdə Ukraynanı təmsil edən qrupun üzvü olub.