1xeber.media xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinin sözlərinə görə, İran və Rusiyanın kəşfiyyat xidmətləri çox yaxşı əlaqələr qurublar.
Onun sözlərinə görə, İran Rusiyanın tərəfdaşıdır və hər iki ölkənin kəşfiyyat xidmətləri heç vaxt dayandırılmayan "çox yaxşı əməkdaşlıq" qurublar.
Narışkin həmçinin Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddətinin bitməsi ilə bağlı açıqlama verib. O, Moskvanın vəziyyəti və digər nüvə silahlı ölkələrin davranışlarını təhlil edəcəyini bildirib.