"Müharibəni uduzsaq, Rusiyanın bir hissəsi olacağıq".
1xeber.media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Eyni zamanda, Ukrayna prezidenti bunun baş verməyəcəyinə əminliyini ifadə edib:
“Əgər bu müharibəni uduzsaq, sadəcə ölkəmizin müstəqilliyini itirəcəyik. İndiyə qədər onu qoruyub saxlaya bilmişik. Müstəqilliyimizi itirsək, Rusiyanın bir hissəsi olsaq, bu, tamamilə dəhşətli bir itki olacaq”, - deyə Zelenski qeyd edib.