Вернуться назад Распечатать

Avropa Komissiyası strateji layihələrə 347 milyon avro ayırdı

Avropa Komissiyası (AK) sualtı kabel xətlərinin təhlükəsizliyinin təmin olunmasına 347 milyon avro ayırıb.

1xeber.media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Avropa Komissiyası dəniz kabelləri ilə bağlı strateji layihələrə, o cümlədən onların təmiri imkanlarının artırılması məqsədilə 20 milyon avro dəyərində tenderə ümumilikdə 347 milyon avro vəsait ayırıb”, – AK-nın mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bu tədbirlər “Avropa İttifaqının sualtı rabitə infrastrukturuna aid riskləri azaldacaq”.

AK-da yeni təmir vasitələrinin alınmasından başqa, bu vəsait hesabına hansı konkret layihələrin maliyyələşdiriləcəyi açıqlanmayıb.