Rusiya Xarici İşlər Nazirliyi 2025-ci ilin dekabr ayında ölkədə baş verən dövlət çevrilişi cəhdindən sonra Rusiya vətəndaşlarını Beninə səyahət etməkdən çəkinməyə çağırıb.
1xeber.media xəbər verir ki, xəbərdarlıq nazirliyin saytında dərc edilib.
Nazirlik bildirib ki, Beninin şimal bölgələrində pisləşən təhlükəsizlik vəziyyəti və terror hücumları səbəbindən hüquq-mühafizə orqanları gücləndirilmiş hazırlıq vəziyyətində işləyir.
Bəyanatda deyilir: "Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına mütləq zərurət olmadığı təqdirdə Beninə səyahət etməkdən çəkinməyi tövsiyə edir".
Dekabrın 7-də Beninin leytenant-polkovnik Tiqri Paskalın rəhbərlik etdiyi hərbi komitə prezident Patris Talonun vəzifədən kənarlaşdırıldığını və hakimiyyətin onlara verildiyini elan edib. Lakin qısa müddət sonra çevriliş edənlər Respublika Qvardiyasının üzvləri tərəfindən həbs edilib.