Вернуться назад Распечатать

Rus ordusu Sumı bölgəsindəki bir kəndi işğal etdi

Rusiya ordusu Sumı vilayətindəki Popovkaya nəzarəti ələ keçirib.

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu jurnalistlərə Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasındakı vəziyyətlə bağlı gündəlik brifinq zamanı bildirib.

Nazirlik "Şimal" qüvvələr qrupunun bölmələrinin 5 fevralda kəndi ələ keçirdiyini dəqiqləşdirib. Bundan əlavə, ötən həftə qoşunlar Xarkov vilayətindəki Zelenoye kəndini nəzarətə götürüb.