1xeber.media xəbər verir ki, Moskvanın Volokolamskoye şossesindəki binada general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi baş verib.
Ərazinin bir hissəsi mühasirəyə alınıb. İstintaq Komitəsinin (İK) əməkdaşları və digər təcili yardım xidmətləri hadisə yerində işləyir.
Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko öz növbəsində bildirib ki, müstəntiqlər Moskvanın şimal-qərbində Alekseyevi güllələyən şəxsi axtarırlar.