Вернуться назад Распечатать

"Epşteyn işi"nə görə keçmiş səfirin evi axtarıldı

Böyük Britaniya polisi, maliyyəçi Ceffri Epşteynə məxfi hökumət məlumatlarının ötürülməsi ilə bağlı istintaq çərçivəsində Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelsona məxsus iki yaşayış binasında axtarış aparıb.

1xeber.media xəbər verir ki, araşdırmalar İngiltərənin cənub-qərbindəki Uiltşirdə və Londonun Kemden rayonunda aparılıb. Polis axtarışların 72 yaşlı bir kişi ilə bağlı davam edən vəzifə səlahiyyətlərindən sui-istifadə işi ilə əlaqəli olduğunu deyib.

Həbs olunanlar yoxdur.