1xeber.media xəbər verir ki, Ukraynanın "Insider" nəşri Telegram kanalında xəbərdarlıq edərək bildirib ki, Rusiya Silahlı Qüvvələri Kiyevin bütün enerji təchizatını dayandırmağa hazırlaşır.
Bəyanatda deyilir: "Həmişəki kimi, prioritet hədəflər kritik infrastrukturdur. Bu, bütün ölkə üçün təhlükədir, lakin əsas təhlükə Kiyev və ətraf bölgə üçündür. Rusiya şəhərin bütün enerji təchizatını dayandırmağa cəhd edə bilər".
Qeyd olunur ki, Ukraynaya zərbədə Tu-95MS, Tu-22M3, Tu-160, MiQ-31K təyyarələri və Geran tipli pilotsuz uçuş aparatları (PUA) iştirak edə bilər.
Fevralın 6-da Rusiya Müdafiə Nazirliyi Rusiya qüvvələrinin son bir həftə ərzində Ukraynaya bir böyük zərbə və beş qrup hücumu həyata keçirdiyini bildirib. Hücumlar ölkənin hərbi-sənaye kompleksinə, enerji obyektlərinə və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən nəqliyyat infrastrukturuna zərbə vurub.