
1xeber.media xəbər verir ki, stand-up komediyaçısı Nurlan Saburov tezliklə Almatıya uçmağı planlaşdırır.
Agentliyin mənbəyi bildirib ki, "Saburov tezliklə Moskvadan Almatıya uçmağı planlaşdırır".
Fevralın 6-da Saburovun Rusiyaya girişinin 50 il müddətinə qadağan edildiyi açıqlanıb. Qadağa komediyaçının Rusiya immiqrasiya və vergi qanunlarını pozması ilə əlaqələndirilib. Bundan əlavə, komediyaçının Ukraynadakı xüsusi əməliyyatı tənqid etdiyi qeyd edilib.