Вернуться назад Распечатать

Artıq astronavtlara iPhone-ları kosmosa aparmağa icazə verilir

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) tarixdə ilk dəfə olaraq astronavtlara missiyalarını lentə almaq və sənədləşdirmək üçün iPhone-ları kosmosa aparmağa icazə verib.

1xeber.media xəbər verir ki,NASA administratoru Cared İsaakman bu barədə X sosial media səhifəsində bildirib.

İsaakman yazıb: "Biz ekipajlarımıza xüsusi anları çəkmək və ilhamverici şəkillər və videoları dünya ilə paylaşmaq üçün vasitələr verəcəyik."

Qeyd olunur ki, bu, hazırda iPhone-larla məhdudlaşsa da, gələcəkdə digər smartfonların orbitdə olmasına icazə verilə bilər.

NASA əvvəllər Roskosmos kosmonavtı Andrey Fedyayevi daşıyan Crew-12 missiyasının 11 fevral Moskva vaxtı ilə saat 14:00-dan tez olmayaraq başlayacağını açıqlamışdı.