Вернуться назад Распечатать

Dünyanın ən uzun ilanı adını aldı - FOTO

Planetin ən uzun ilanı İndoneziyanın Sulavesi adasında kəşf edilib.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, "Baronessa" ləqəbi ilə tanınan dişi piton Ginnesin Rekordlar Kitabına daxil edilib.

Rəsmi məlumatlara görə, onun uzunluğu 7,22 m, çəkisi isə 96,5 kq-dır.