Вернуться назад Распечатать

Zelenski Ukraynadakı enerji obyektlərinə ciddi ziyan dəydiyini bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski partlayışlar nəticəsində ölkənin elektrik şəbəkəsinin zədələndiyini bildirib. Bu, Ukraynanın enerji vəziyyətinə təsir edib.

1xeber.media xəbər verir ki, O, bu məlumatı öz Telegram kanalında paylaşıb.

"Təəssüf ki, enerji obyektlərinə ciddi ziyan dəyib və bu, demək olar ki, bütün ölkə üzrə enerji vəziyyətinə təsir edib: əhəmiyyətli kəsintilər", - deyə Ukrayna lideri bildirib.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna nüvə elektrik stansiyalarının fəaliyyətini dəstəkləyən enerji obyektlərinə də ziyan dəyib.

Daha əvvəl Ukrayna lideri ölkənin hava hücumundan müdafiə sisteminin fəaliyyətini tənqid etmişdi.