Вернуться назад Распечатать

Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat SİFARİŞİ

Hərbi Prokurorluq “VMF” şirkəti ilə müqavilə bağlayıb.

1xeber.media “Yeni Sabah”-a istinadla xəbər verir ki,müqavilədə saat alışı nəzərdə tutulub.

Digər detallar açıqlanmasa da, saatın satış qiymətinin 773 manat olduğu müəyyənləşib.

Xatırlatma üçün deyək ki, Hərbi Prokurorluq ötən il də "VMF" şirkətindən 1.365 manat dəyərində saat alıb.

Qeyd edək ki, “VMF” şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayev tərəfindən yaradılıb. Şirkətin hazırda direktoru isə ötən ilin aprelindən Fuad Babayevdir.