"Goranboy 2026-Gənclər Paytaxtı" ümumrayon tədbirləri çərçivəsində, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Yaşat Fondu və Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin 16-29 yaş aralarında olan gənc övladlarının, ümumilikdə 60 nəfərin iştirakı ilə 09-13 fevral 2026-cı il tarixlərində, Goranboy Olimpiya İdman Kompleksində gənclik düşərgəsi təşkil olunub.
1xeber.media xəbər verir ki, bu münasibətlə, Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sosial proqramlar sektorunun əməkdaşı Nərmin Cahangirova, YAŞAT Fondunun əməkdaşı Aqşin Balahəsənli, şəhid ailələri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.