1xeber.media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 13-də ABŞ dövlət katibi Antoni Blinkenlə söhbəti barədə məlumat verib və bu söhbət zamanı tərəflər Qəzza zolağında atəşi mümkün qədər tez dayandırmağın zəruriliyi barədə razılığa gəliblər.
“Biz onunla Qəzzada atəşkəsin mümkün qədər tez əldə olunmasına razılaşdıq. İsrail dinc sakinləri öldürməyə davam edir. Bunun qarşısını almaq üçün nə edə biləcəyimizi ətraflı müzakirə etdik”.
Türkiyənin xarici işlər naziri qeyd edib ki, “bölgədə zorakılıq spiralı dayanmır”. Onun sözlərinə görə, ABŞ və Türkiyə regiondakı digər tərəfdaşları ilə birlikdə Qəzza zolağında atəşkəs üzərində intensiv işləyir.