Atəşkəs vəziyyətində Ukraynaya qoşun yeritməklə bağlı Avropa ideyasına ABŞ-ın cavabı müsbət olmayacaq.
1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu NTV televiziya kanalına verdiyi müsahibədə bildirib.
Nazir Böyük Britaniya, Fransa və NATO liderlərinin ABŞ hərbi dəstəyinin "avtomatik zəmanəti" ilə Ukraynada "ekspedisiya qüvvələrinin" yerləşdirilməsi ilə bağlı açıqlamalarını xatırladıb. Lavrov qeyd edib ki, Moskva bu məsələni Vaşinqtonla müzakirə edir.
"Amerikalılarla bunu necə müzakirə etdiyimizi açıqlamayacağam. Amma biz onlardan bunun doğru olub-olmadığını soruşduq. Şübhəsiz ki, avropalıların və [Ukrayna prezidenti] Vladimir Zelenskinin cavabı müsbət olmayacaq", - deyə diplomat bildirib.
Bir müddət əvvəl "Financial Times" qəzeti Ukrayna və onun Qərb tərəfdaşlarının Rusiya ilə istənilən atəşkəs müqaviləsinə riayət olunmasını təmin etmək üçün çoxpilləli plan barədə razılığa gəldiyini bildirmişdi. Agentliyin məlumatına görə, müqavilə Rusiyanın gələcək atəşkəs müqaviləsini davamlı şəkildə pozması halında ABŞ və Avropa ölkələri tərəfindən əlaqələndirilmiş hərbi cavab tədbirləri görülməsini nəzərdə tutur.