Vaşinqton Ermənistana 11 milyon dollarlıq müşahidə dronlarının satışını təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Di Vens Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Prezident Tramp çox yaxşı bilir ki, təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu ABŞ-ın sahib olduğu ən yaxşı hərbi texnologiyanı təmin etməkdir", - deyə Vens bildirib