Вернуться назад Распечатать

Ağamalının vəfatı ilə bağlı oğlundan açıqlama

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Elçin Ağamalı məlumat verib. O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib