1xeber.media xəbər verir ki, proqram başladıqdan bir neçə dəqiqə sonra kanalın aparıcısı Pezeşkiana xitabən yayımı yekunlaşdırmalı olduğunu bildirib.
Pezeşkian isə sərt reaksiya verərək deyib:
"Xəbər kanalının əhəmiyyəti yoxdur, biz öz işimizi görürük. Xəbər kanalı lazımsız açıqlamalar vermək əvəzinə, insanların məlumatlandırılması üçün bu məlumatları yayımlamalıdır"./Axar.az
İran Dövlət Televiziyasının "Xəbər kanalı" bu gün prezident Məsud Pezeşkianın iştirak etdiyi layihələrin açılış tədbirinin yayımını yarımçıq dayandırıb.