Yasamal rayonu ərazisində, Bakı dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur .
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür