Вернуться назад Распечатать

Maksuell ifadə verməkdən imtina etdi

 Ceffri Epşteynin yaxın əməkdaşı Gisleyn Maksuell ABŞ Konqresinin Nümayəndələr Palatası komitəsində ifadə verməkdən imtina edib.

Komitə sədri Komerin nümayəndəsinin sözlərinə görə, Maksuell ABŞ Konstitusiyasının Beşinci Dəyişikliyinə əsaslanaraq özünə qarşı ifadə verməmək hüququndan istifadə edib və suallara cavab verməkdən boyun qaçırıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Gisleyn Maksuell yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etmə işi üzrə 20 il həbs cəzasına məhkum edilmişdi.