Вернуться назад Распечатать

Könül Nurullayevadan Fəzail Ağamalı ilə bağlı paylaşım

Fəzail Ağamalının vəfatı xəbəri məni dərindən kədərləndirdi.

1xeber.media xəbər verir ki,bu barədə deputat Könül Nurullayeva özünün Facebook səhifəsində paylaşım edib.

Millət vəkili daha sonra qeydə edib:

"O, Azərbaycan dövlətçiliyinə və milli ideologiyamızın inkişafına dəyərli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim idi. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun."