Вернуться назад Распечатать

"Yeni iş yerləri açılmalıdır, gənclər çətinlik çəkirlər" - Deputatdan ÇAĞIRIŞ

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev ABŞ-nin vitse-prezidenti Di Vensin Azərbaycana başlayan səfərindən danışıb.

1xeber.media bildirir ki, deputat bütün xalqımızın bu səfərin uğurlu olacağına və ABŞ ilə Azərbaycan arasındakı münasibətlər baxımından uğurlu olacağını arzuladığını, münasibətlərin dünən Azərbaycan Prezidentinin ABŞ Ticarət Palatasının nümayənədləri ilə görüşündə dediyi kimi, fantastik bir dövrə qədəm qoyacağına ümidlər var.

Q.Həsənquliyev bildirib ki, 23 aprel 2025-ci ildə biz Çinlə Strateji Tərəfdaşlıq haqqında Pekində saziş imzaladıq:

“O zaman da rəsmi təbliğatın təsiri altında insanlarımızda ümid yaranmışdı ki, Çin tərəfindən ölkəmizə böyük investisiya qoyulacaq. Çox təəssüf ki, bu ümidlər tam mənada özünü doğrultmadı. İndi ümid edək ki, Ermənistana 9 milyard dollar investisiya yatıran ABŞ Azərbaycana da heç olmasa bir neçə milyardlıq investisiya yatıracaq. Dünən Ticarət Palatasının nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti çox mühüm bir bəyanatla da çıxış etdi. Qeyd etdi ki, Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanı olacaq. Azərbaycanda bir çox sahələrə ciddi investisiya qoyuluşuna ehtiyac var. Bunlardan birincisi kənd təsərrüfatıdır. Baxmayaraq ki, biz işğala son qoymaqla təqribən 147-200 min hektar torpaq sahəsini yenidən vətəndaşlarımızın, fermerlərin istifadəsinə qaytarmışıq, amma 2023-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım 3,1 faiz olubsa, 2024-də bu, 1,5 faiz, 2025-ci ildə 0,9 faiz olub. Yəni bu azalma əhəmiyyətli səviyyədə davam edir və idxalın həcmi isə ildən-ilə artır. Ona görə də kənd təsərrüfatına investisiya qoymaq lazımdır və yaxşı olar ki, biz həm də bu sahəni idarə edə biləcək mütəxəssisləri ABŞ-dən ölkəmizə dəvət edək, onlar bu sahədə kök salmış korrupsiya və digər neqativ halları da aradan qaldırsınlar”.

Deputat digər məsələlərdən də bəhs edib:

“Ölkəmizdə maşınqayırmanın və yüngül sənayenin inkişafına investisiya qoyulmalıdır, yalnız energetika sektoruna yox. Ölkəmizdə yeni iş yerlərinin açılmasına çox böyük ehtiyac var. İnsanlarımız, xüsusilə də gənclər iş tapmaqda ciddi problemlərlə üz-üzədirlər. Hər halda hesab edirəm ki, Di Vensin Azərbaycana səfəri ölkəmiz üçün uğurlu olacaq və ölkəmiz bundan faydalanacaq”.