Вернуться назад Распечатать

Kreml Rusiya üçün sülhdən danışdı

1xeber.media xəbər verir ki,Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov bildirib ki, Rusiyanın yalnız maraqlarının tam təmin edildiyi və sığortalandığı bir dünyaya ehtiyacı var.

"Bizə yalnız maraqlarımızın tam təmin edildiyi və sığortalandığı bir dünya lazımdır", - deyə Kremlin sözçüsü bildirib.

Daha əvvəl Peskov Rusiya Prezidenti Vladimir Putinin ölkənin maraqlarını dinc yolla təmin etməyə çalışdığını, lakin Qərb siyasətçilərinin buna mane olduğunu və Ukraynadakı xüsusi əməliyyatın qaçılmaz olduğunu bildirmişdi. "Yalnız Qərblilər tərəfindən dinc yolla həll üçün bütün variantlar rədd edildikdən sonra xüsusi hərbi əməliyyat qaçılmaz oldu", - deyə rəsmi bildirib və Putinin bütün məsələləri sona qədər diplomatik yolla həll etməyə ümid etdiyini vurğulayıb.