Вернуться назад Распечатать

Nazir vergi xidmət işçilərini təbrik etdi

11 Fevral vergi xidmət işçilərinin peşə bayramıdır.

1xeber.media xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:

"11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Vergi sistemi biznes mühitinin təkmilləşməsinə, sahibkarlıq fəaliyyətinin təşviqinə, dayanıqlı və inklüziv inkişafa töhfələr verir, fiskal dayanıqlılığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.  Bu sahədə aparılan islahatlar iqtisadiyyat-da və əmək bazarında şəffaflaşmanı keyfiyyətcə yeni mərhələyə yüksəldib. 
Bütün vergi işçilərini peşəbayramı münasibətilə təbrik edir, işlərində uğurlar və nailiyyətlər arzulayırıq".