Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının (Aİ) 38 ölkəsi üçün vizasız rejimi 2025-ci ilin sonuna qədər uzadıb.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 13-də Respublika Dövlət Sərhəd Komitəsi məlumat yayıb.“Belarusun vizasız rejiminin əcnəbilər arasında populyarlığını nəzərə alaraq, dövlət başçısı Avropanın 38 ölkəsinin vətəndaşları üçün vizasız giriş müddətinin uzadılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Litva, Latviya, Polşa, Almaniya, Estoniya, İtaliya, Fransa və Böyük Britaniyadan olan turistlərin vizasız giriş üstünlüklərindən yararlandıqları da aydınlaşdırılır.2023-cü il dekabrın sonunda Lukaşenko Latviya, Litva və Polşa vətəndaşları üçün Belarusa vizasız girişin uzadılmasını dəstəkləyib. Daha sonra Minskdə qeyd olunub ki, 2022-2023-cü illərdə vizasız rejim bu ölkələrin rəhbərliyinin maneə və məhdudiyyətlərinə baxmayaraq, qonşu ölkələrin sakinlərinin respublikaya səfərə davamlı marağını nümayiş etdirib.