Вернуться назад Распечатать

“Neftçi” “Qarabağ” azarkeşlərini stadiona buraxmadığına görə cəzalandı

Əvəzedicilər Liqasının XV turunda “Qarabağ” azarkeşlərini arenaya buraxmayan “Neftçi” klubu cərimələnib.

1xeber.media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

“Ağ-qaralar”ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.