Вернуться назад Распечатать

73 yaşlı Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib

Mərkəzçi Demokratik Hərəkat Partiyasının 73 yaşlı lideri Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib.

1xeber.media xəbər verir ki, bu barədə cümə günü, dekabrın 13-də Yelisey Sarayı məlumat yayıb.

“Respublika Prezidenti  Emmanuel Makron cənab Fransua Bayrunu baş nazir təyin etdi və ona hökuməti qurmağı tapşırıb”, - BFMTV xəbər verir.