Fransa İran hakimiyyətinin son sərt tədbirləri səbəbindən sığınacaq axtaran iranlılar üçün vizaların sayını artıracaq.
1xeber.media xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Barrot, Parisin İran xalqını hər cür dəstəkləmək istədiyini bildirib.
"Qorumalı olduğumuz bu şəxslər üçün humanitar sığınacaq vizalarının sayını artıracağıq", - deyə Fransanın xarici işlər naziri qeyd edib.