1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın dünya ölkələrinə münasibətini qiymətləndirərək qeyd edib ki, siyasətçi hər kəsi ABŞ-ın dostları və düşmənləri arasında bölüb.
Medvedevin sözlərinə görə, Ağ Ev rəhbəri ölkələri iki sütuna bölüb: birincisi Vaşinqtonun əməkdaşlıq etdiyi və tarifləri endirdiyi "dostlar", ikincisi isə "düşmənlər" olub.