Вернуться назад Распечатать

Trampla Netanyahunun görüşü bitdi - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı bir görüşün olduğunu və iki ölkə arasında möhtəşəm münasibətlərin davam etdiyini deyib.

1xeber.media-nın məlumatına görə, bu barədə o, “Truth” sosial mediasında yazıb.

“Razılaşmanın əldə edilib-edilməyəcəyinə baxmaq üçün İranla danışıqların davam etdirilməsini təkid etdim. Əgər mümkün olarsa, Baş nazirə bunun üstünlük olacağını bildirdim. Əgər mümkün olmazsa, sadəcə nəticənin necə olacağını görəcəyik”,- deyə Tramp əlavə edib.

O bildirib ki, görüşdə Qəzzada və ümumiyyətlə bölgədə əldə edilən böyük irəliləyiş müzakirə olunub.

*** 21:08

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşə başlayıb.

1xeber.media xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilir. Tramp və Netanyahunun ABŞ-İran nüvə danışıqlarını müzakirə edəcəyi gözlənilir.

Trampla danışıqlardan əvvəl Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Söhbət zamanı İsrailin baş naziri ölkənin Sülh Şurasına qoşulması ilə bağlı saziş imzalayıb.