Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət əməlləri ilə bağlı rəsmi məlumat yaymasından sonra onun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric edilməsi məsələsi yenidən gündəmə gəlib.
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı “Yeni Sabah”ın sorğusunu cavab olaraq AMEA-dan bildirilib ki, qurumun prezidenti, akademik İsa Həbibbəyli hazırda məzuniyyətdədir.
Ona görə də R.Mehdiyevin AMEA-dan çıxarılması məsələsinin indi müzakirəyə çıxarılması mümkün deyil. Məsələyə yalnız İsa Həbibbəyli məzuniyyətdən qayıdandan sonra baxılacaq.
Qeyd olunub ki, bununla bağlı hər hansı qərar qəbul edilərsə və ya dəyişiklik baş verərsə, ictimaiyyətə rəsmi məlumat təqdim olunacaq.