Вернуться назад Распечатать

Elşən Salahov Mərdəkan sakinləri ilə görüşdü

Səyyar qəbulda Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Aparatın məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri,  xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.

1xeber.media xəbər verir ki,Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Mərdəkan qəsəbə sakinləri tərəfindən bir sıra müraciətlər səslənib. Sakinləri narahat edən suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.