Вернуться назад Распечатать

Naxçıvan təhsil naziri 10 manatlıq şirkətə 625 min köçürür

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və tabeliyindəki müəssisələr üçün İKT və məişət avadanlıqlarının satın alınması məqsədilə “Baku Digital” MMC ilə 625.599 AZN-lik müqavilə bağlanacaq.


1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, satınalma çərçivəsində müxtəlif texnoloji və məişət avadanlıqları təmin ediləcək. Siyahıda proyektorlar, monobloklar, kompüter dəstləri, printerlər (rəngli və lazerjet), notebooklar, üz tanıma sistemləri, dispenserlər, soyuducular, şkaf tipli və kiçik kondisionerlər, çox funksiyalı telefon aparatları, tozsoranlar, avtomobil yumaq üçün moyka aparatları və digər zəruri avadanlıqlar yer alıb.


Qalib şirkət “Baku Digital” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır və qanuni təmsilçisi Vüqar Camalov Kəlbəğa oğludur.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfovdur.