Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi müxtəlif kateqoriyalı xüsusi geyim və təsərrüfat mallarının satın alınması üzrə tender elan edib. Ehtimal olunan ümumi məbləğ 139.335 AZN təşkil edir.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, satınalma çərçivəsində üç əsas kateqoriya əhatə olunur:
1. Xüsusi geyim forması (işçi geyimi)
Xələt və şalvar: nəfəs alan, sürtünməyə və kimyəvi təsirlərə davamlı parça; tünd yaşıl rəng; birliyin loqosu və işçi heyətinin fərdi ölçülərinə uyğun hazırlanacaq – 600 dəst
Gödəkçə, pencək və şalvar dəsti (premium səviyyə): su və yağ itələyici, UV və sürtünməyə davamlı; reflektiv 3M lentlər və loqolar; hərəkət rahatlığı üçün diz və dirsək kəsimləri – 900 dəst
Fosforlu jilet və plaş/yağmurluq: yüksək görünürlük üçün floresan sarı rəng və reflektiv elementlər; suya və küləyə davamlı material – hər biri 1.500 ədəd
2. Təsərrüfat malları
Metal üçün korroziyaya qarşı boyalar, tinerlər, qaynaq elektrodları, kəsici disklər və digər lazımi materiallar – ümumilikdə 286.164,25 AZN dəyərində
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.