Вернуться назад Распечатать

Mədəniyyət Nazirliyinin qurumu 366 min manata mehmanxana xidməti alır

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC mehmanxana xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.

1xeber.media 32gun.az-a istinadla  xəbər verir ki, satınalma Bakı şəhəri üzrə müxtəlif kateqoriyalı hotellərdə qonaqlama xidmətlərini əhatə edir. Ehtimal olunan ümumi məbləğ 366.900,00 manat təşkil edir.

Sənədlərə əsasən, satınalma çərçivəsində 5 ulduzlu və 4 ulduzlu hotellərdə təknəfərlik və ikinəfərlik standart otaqların, eləcə də delüks otaqların sifarişi nəzərdə tutulur. Hər bir xidmət üzrə 100 ədəd olmaqla, səhər yeməyi daxil 1 otaq x 1 gün prinsipi ilə qonaqlama planlaşdırılıb.


Belə ki, siyahıda Bakı şəhəri üzrə:


5 ulduzlu hotellərdə təknəfərlik standart otaqlar,


4 ulduzlu hotellərdə təknəfərlik standart otaqlar,


5 ulduzlu hotellərdə ikinəfərlik standart otaqlar,


4 ulduzlu hotellərdə ikinəfərlik standart otaqlar,


5 ulduzlu hotellərdə təknəfərlik delüks otaqlar,


4 ulduzlu hotellərdə təknəfərlik delüks otaqlar

və digər oxşar xidmətlər yer alıb.


Satınalmanın hansı tədbir və ya layihə çərçivəsində həyata keçiriləcəyi ilə bağlı məlumat açıqlanmayıb.