Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həyəti niyə bu vəziyyətdədir?
Kənardan institutun həyəti yox, zibillik təsiri bağışlayır. Ərazi köhnə inventarlarla doludur, həyətində isə ayaq basmağa yer yoxdur.
1xeber.media xəbər verir ki, söhbət Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həyətindən gedir.
Ərazidə çalışan fəhlələrdən öyrəndik ki, əşyalar istifadəyə yararsız olduğundan institutun həyətinə atılıb.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Bildirildi ki, istifadəyə yararsız əşyaların institutla birbaşa əlaqəsi yoxdur. Binada təmir işləri aparılmır və tullantıların qalaq-qalaq toplanması rəhbərliyi də narahat edir. İnvertarlar Nərimanov Tibb Mərkəzinə aiddir.
Nərimanov Tibb Mərkəzindən isə bildirildi ki, ərazidə müvəqqəti olaraq kənarlaşdırılmış inventar və materiallar tamamilə istifadəyə yararsız məişət tipli əşyalardır. həmin inventarlar tibbi tullantı kateqoriyasına aid deyil və onların tərkibində insan sağlamlığı üçün təhlükə yarada biləcək hər hansı tibbi material mövcud deyil.
O da qeyd edildi ki, istifadəyə yararsız inventarların silinməsi üçün müraciət edilib. Proses başa çatdıqdan sonra onların utilizasiyası qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.