Вернуться назад Распечатать

Analitik Ekspertiza Mərkəzində 441 minlik satınalması ləğv olundu

Analitik Ekspertiza Mərkəzi Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının təmiri və xüsusi havalandırma sisteminin quraşdırılması işlərinin satın alınması planlaşdırırdı.

1xeber.media  xəbər verir ki, ehtimal olunan qiymət 441.317,05 AZN təşkil edirdi.

Tender yetərsay olmadığı üçün ləğv edilib.

İştirak üçün təklif təqdim etmiş və tələb olunduğu halda müvafiq lisenziyaya və icazəyə malik təchizatçıların sayı üçdən az olduğundan satınalma baş tutmayıb.