Вернуться назад Распечатать

Ançelotti Braziliya millisi ilə yeni müqavilə imzalayacaq

Braziliya Futbol Konfederasiyası milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalayacaq.

1xeber.media “The Athletic”ə istinadən xəbər verir ki, tərəflər 4 illik sözləşmə ilə bağlı razılığa gəliblər.

Hazırda italiyalı mütəxəssis Braziliya yığmasında illik təxminən 10 milyon avro əməkhaqqı alır. O, milli komandaya 2025-ci ilin may ayından rəhbərlik edir. Braziliya seçməsi bu müddətdə 8 oyunda 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.